
Bakı. Trend:
Həftənin sonuna qədər İranda internetə çıxış normal vəziyyətə
dönəcək.
Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti Hüseyn Əfşin bu gün
(19 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə internet şəbəkəsi tədrici şəkildə
bərpa olunmaqdadır və tezliklə mövcud məhdudiyyətlər aradan
qaldırılacaq.
Əfşin bildirib ki, bundan öncə planlar əsasında destabillik
davam etdiyi halda böyük şirkətlərə “sabit IP” ilə internet
xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Belə ki, onların
fəaliyyətində hər hansı proble yaranmasın.
Vitse-prezident əlavə edib ki, rəqəmsal iqtisadiyyatın inkişaf
modelində şirkətlərin şəbəkəyə qoşulması yetərli deyil. Çünki bu
fəaliyyətlərin davam etməsi müştərilər və istifadəçilərin internetə
qoşulmasını tələb edir.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

