
Bakı. Trend:
Çexiyanın şimalında, Çribska şəhərinin yerli administrasiya
binasında baş verən silahlı insident nəticəsində bir nəfər həlak
olub, altı nəfər yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yerli polisin məlumatına əsasən, odlu silahdan istifadə etmiş
şübhəli hadisə yerində zərərsizləşdirilib və o aldığı güllə
yarasından ölüb.
Yerli administrasiya binasında baş verən atışmanın motivləri
barədə məlumat verilmir.

