Goranboyda avtomobil çaya aşıb, xəsarət alan var

Baş səhifə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlirzalı kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq ərazidən keçən İnçə çayına aşıb. Qəzadan sonra minik maşını yaxınlıqda olan qaz xəttinə çırpılıb, qaz xətti zədələnib. Avtomobillin sürücü 1988-ci il təvəllüdlü Z.Muradov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir