“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və
Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold”
QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional
Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib.

Səfər zamanı müsabiqə qalibləri “Çovdar” qızıl mədənində hasilat
prosesi, ÇİRES-də qiymətli metalların emalı prosesləri ilə yaxından
tanış olublar. Onlara ənənəvi Topa Qələviləşdirmə (HLP – Heap Leach
Pad) üsulu ilə yanaşı, müasir Çəndə Qələviləşdirmə (CIL – Carbon in
Leach) texnologiyası əsasında fəaliyyət göstərən zavodda yaradılmış
əmək şəraiti və istehsal imkanları barədə ətraflı məlumat
verilib.




Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold”
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə
ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı
iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata
keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də
istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə
bağlı məsələlər üzrə məlumat əldə ediblər.

Səfər Mentorluq Proqramı çərçivəsində müsabiqə qaliblərinin
dağ-mədən sənayesində həyata keçirilən istehsal və idarəetmə
prosesləri ilə tanış olması, həmçinin praktiki bilik və
təcrübələrinin genişləndirilməsi baxımından faydalı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir