
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 3,856 milyard manatlıq avtomobil benzini və dizel
yanacağı satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 7,8%
çoxdur.
Qeyd edək ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard
manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7
milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real
ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə 1,2 faiz, qeyriərzaq malları üzrə 6,8 faiz
artıb.

