Erməni Genosid Muzey-institutunun sabiq direktorunun mənzilində axtarış aparılır

Baş səhifə

Erməni Genosid Muzey-institutunun sabiq direktoru, tarix elmləri doktoru Ayk Demoyanın mənzilində axtarış aparılır.

APA “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Demoyan özü sosial şəbəkələrdə məlumat verib və qeyd edib ki, axtarış onun iştirakı olmadan həyata keçirilir.

Ermənistanın İstintaq Komitəsi bildirib ki, axtarış muzeydən itmiş dəyərlı 19 kitabla bağlı cinayət işi çərçivəsində aparılan istintaqi hərəkətlərə daxildir.

Demoyanın muzeydən itmiş dəyərlı 19 kitabla bağlı müsahibəsində qeyd etdiyi mümkün məsul şəxslərin içərisində Xarici İşlər naziri Ararat Mirzoyanın və “Vətəndaş Müqaviləsi” deputatı Vladimir Vardanyan adları var idi.

Məlumata görə, 2025-ci ilin noyabr ayında Xarici İşlər naziri Ararat Mirzoyan Demoyana qarşı itmiş kitablar işi ilə bağlı açıqlamaları səbəbindən məhkəməyə müraciət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir