
Bakı.Trend:
Dünya İqtisadi Forumunun (World Economic Forum) hər il Davos
zirvəsi ərəfəsində yayımladığı və dünyanın ən mötəbər iqtisadi
nəşrlərindən olan “Global
Risks Report 2026″ hesabatı açıqlanıb.
Qürurla bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universiteti
(UNEC)
bu qlobal layihənin ölkəmiz üzrə rəsmi Tərəfdaş İnstitutu (Partner
Institute) seçilib.
Hesabatın hazırlanması prosesində UNEC komandası fəal iştirak
edərək, ölkəmiz üzrə qlobal risklərin qiymətləndirilməsini həyata
keçirib.
Ətraflı: http://reports.weforum.org/docs/WEF_Global_Risks_Report_2026.pdf

