
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın
şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar
avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
Trend xəbər verir ki, bu
barədə AYNA məlumat yayıb.
Belə ki:
Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir
oğlu;
Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid
Həsən oğlu;
Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman
Əli oğlu;
Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə fiziki şəxs Əlixanov
Ceyhun Fakir oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

