
Bakı. Trend:
Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko
məhkəmə tərəfindən müəyyən edilmiş 33,3 milyon qrivna (təxminən 760
min ABŞ dolları) məbləğində girovu ödəyə bilmədiyini bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Timoşenkonun sözlərinə görə, əvvəlki məhkəmə iclasından sonra
maliyyə monitorinqi səbəbindən onun bank əməliyyatları faktiki
olaraq bloklanıb ki, bu da müəyyən edilmiş müddətdə vəsaitin
köçürülməsini mümkünsüz edir.
O əlavə edib ki, tələb olunan məbləğin hətta bir hissəsini belə
köçürə bilmir.
Siyasətçinin fikrincə, ona məqsədli şəkildə maneələr yaradılır
ki, 21 yanvar tarixinədək tələb olunan girovu ödəyə bilməsin və
nəticədə həbsə alınsın.
Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi “Batkivşina”
Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivna
məbləğində girov şəklində qətimkan tədbiri seçib.

