“Çelsi” bu kluba icarəyə verdiyi hücumçunu geri çağırdı

Baş səhifə

Bakı. Trend:

“Çelsi” Türkiyənin “Fatih Karagümrük” klubuna icarəyə verdiyi
David Datro Fofananı geri çağırıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, London klubu icarə müqaviləsinə vaxtdından əvvəl
xitam verib. “Çelsi” 23 yaşlı forvardı başqa kluba icarəyə
verəcək.

Qeyd edək ki, David Datro Fofana mövsümün əvvəlindən “Fatih
Karagümrük”də çıxış edir. Fil Dişi Sahili millisinin üzvü İstanbul
təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol
vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir