
Bakı. Trend:
Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yeni
Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan
Kislyakov saxlanılıb.
Bildirilir ki, ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram
tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq
götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində
satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

