Milyarderlərin sərvəti ötən il tarixi maksimuma çatdı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti tarixi
maksimuma çataraq 18,3 trilyon ABŞ dolları təşkil edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə beynəlxalq “Oxfam” təşkilatı
məlumat yayıb.




“Hazırda dünyadakı milyarderlərin ümumi sərvəti 18,3 trilyon
dollara çatıb ki, bu da tarixdə qeydə alınmış ən yüksək
göstəricidir. 2025-ci ildə bu sərvət 16 faizdən çox artıb ki, bu da
son beş ilin orta artım tempindən üç dəfə sürətlidir”,- təşkilatın
hesabatında qeyd olunur.

2020-ci ildən bu yana milyarderlərin sərvəti ümumilikdə
inanılmaz dərəcədə – 81 faiz artıb. Mütəxəssislərin
qiymətləndirməsinə görə, dünyada milyarderlərin sayı da artaraq ilk
dəfə 3 min nəfəri ötüb. “Bununla yanaşı, dünyada hər dörd nəfərdən
biri yetərsiz qidalanmadan əziyyət çəkir, dünya əhalisinin demək
olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”, – materialda
qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir