Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

APA xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir