NASA Veneraya göndərəcəyi missiyaları süni intellektlə təchiz edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Aeronavtivka və Kosmik Tədqiqatlar Agentliyi (NASA)
Venera planetinin dərindən öyrənilməsi üçün mavi planetə
göndəriləcək kosmik texnikanı süni intellekt texnologiyası ilə
təchiz etməyi planlaşdırır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Cared
Ayzekman açıqlama verib.




“Biz kosmik sahədə nəyə nail olmaq istədiyimizdən danışarkən,
robotlaşdırılmış missiyalara daha çox avtonomluq inteqrasiya etməyi
hədəfləyirik. Hazırda Veneraya yönəlmiş missiya üzərində çalışırıq
və bu layihəyə süni intellektin müəyyən imkanları daxil edilə
bilər”, – deyə Cared Ayzekman bildirib.

ABŞ 2030–2031-ci illərdə Veneraya iki missiya göndərməyi
planlaşdırır. “Da Vinci” layihəsi planetin atmosferinin tərkibinin
və onun formalaşma tarixinin öyrənilməsinə fokuslanacaq. “VERITAS”
missiyası isə Veneranın səthinin yüksək dəqiqlikli
xəritələndirilməsi və bu planetin Yer kürəsindən fərqli şəkildə
inkişaf etməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə məşğul
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir