
Bakı. Trend:
İtalyan modelyer və tanınmış dəb evi “Valentino”nun təsisçisi
Valentino Qaravani vəfat edib.
Trend xəbər verir
ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
Məlumata görə, modelyer yanvarın 19-da, bazar ertəsi günü 93
yaşında Romadakı evində dünyasını dəyişib.
Valentino Qaravani ilə vida mərasimi 21 və 22 yanvar
tarixlərində keçiriləcək. O, yanvarın 23-də “Santa Maria Macore”
kilsəsində dəfn olunacaq.

