
Bakı. Trend:
Sosial şəbəkələrə mümkün qadağalarla bağlı təzyiqlərin artdığı
bir vaxtda “TikTok” Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş
yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.
Trend xəbər verir
ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını
almağı hədəfləyir. Şirkətin açıqlamasına görə, yeni texnologiya
profil məlumatları, paylaşılan videolar və platformadakı
davranışlar da daxil olmaqla müxtəlif göstəricilər əsasında hesab
sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdıracaq.
Şübhəli hesablar daha sonra moderatora yönləndiriləcək və hesabın
bağlanıb-bağlanmaması ilə bağlı yekun qərarı o verəcək.
“TikTok” bildirib ki, bu yenilik yaxın həftələrdə tətbiq
olunacaq. Sınaq mərhələsi zamanı minlərlə əlavə yetkinlik yaşına
çatmayan istifadəçiyə məxsus hesab silinib.
Məsələ Böyük Britaniyada da geniş müzakirə olunur. Baş nazir Kir
Starmer Avstraliya modelinə bənzər şəkildə 16 yaşdan aşağı şəxslər
üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsi ilə bağlı artan
təzyiqlərlə üzləşib. Bazar günü Leyboristlər Partiyasından 60-dan
çox deputat Baş nazirə məktub göndərərək ümumi qadağanın tətbiqinə
çağırıb.

