
Bakı. Trend:
Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi,
faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin
xatirəsini dərin ehtiramla yad edir.
Trend xəbər verir ki, səhər saatlarından başlayaraq Şəhidlər
xiyabanında izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər
düzülüb.

