Nazir: İranda Azərbycan vətəndaşları ilə bağlı problem qeydə alınmayıb

Baş səhifə

Azərbaycanın İrandakı səfirliyi, eləcə də Təbrizdəki Baş Konsulluğunun fəaliyyəti 1 saat da olsun dayanmayıb.

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib. 

Onun sözlərinə görə, hazırda İrandakı diplomatik nümayəndəliklərimiz fasiləsiz fəaliyyət göstərir.

“İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşdikləri təqdirdə aidiyyəti qurumlara müraciət edə bilərlər”.

Ceyhun Bayramov qeyd edib ki, hazırda İrandakı Azərbaycan vətəndaşları ilə bağlı hər hansı problem qeydə alınmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir