
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana
218,4 milyon ABŞ dolları dəyərində 2,068 milyard kubmetr təbii qaz
(qaz şəklində ) ixrac olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pul
ifadəsində bu göstərici 66 milyon ABŞ dolları və ya 23,2 faiz ,
həcm baxımından isə 0,9 milyon kubmetr və ya 30,3 faiz azdır.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan
Gürcüstana 2,968 milyard kubmetr təbii qaz ixrac olunub ki, bu
ixracın da ümumi dəyəri 284,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr ayları
ərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804
milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü ilə
müqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7
faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz
artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana
252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri
39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərlə
müqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə
artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma
qeydə alınıb.

