
Bakı. Trend:
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı “X”
platformasında başsağlığı verib.
Trend xəbər
verir ki, başsağlığı mətnində qeyd olunub:
“Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın
20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman
azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə
doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.

