Avstraliyada çimərliklərə köpəkbalığı hücumları başlandı

Baş səhifə

Bakı.Trend:

Avstraliyada 48 saat ərzində azı dörd köpəkbalığı hücumu
faktının qeydə alınmasından sonra ölkənin onlarla çimərliyi
bağlanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Son qeydə alınan fakt Yeni Cənubi Uels əyalətinin Point Plomer
şəhəri yaxınlığında yerləşən çimərliyində baş verib. Köpəkbalığı 39
yaşlı sörferə hücum edib. Həmin şəxs bu mücadilədən ölümcül olmayan
yaralarla sağ çıxıb və yerli xəstəxanaya çatdırılıb.




Öncəki hücumlar isə Sidney ətrafı çimərliklərdə qeydə alınmışdı.
Yerli polis və sahil mühafizə qurumu vətəndaşları çimərliklərdə
müvəqqəti olaraq çimməməyə çağırıb və bunu leysan yağışlardan sonra
sular bulandığından okeanda təhlükəli vəziyyətin yaranması ilə
əlaqələndirib.

“Su o qədər bulanıqdır ki, bu, köpəkbalıqlarının aktivliyinə
əlverişli şərait yaradır. Bu səhər iki nəfər ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilib. Bu mərhələdə çimərliklərin təhlükəsiz
olmadığını tövsiyə etdiyimiz üçün yerli hovuzlara üz tutun”,- deyə “Surf Life Saving” qurumunun icraçı direktoru bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir