Məşhur türk müğənni saxlanıldı – FOTO

Baş səhifə

Bakı. Trend

Türkiyədə İstanbul Respublika Prokurorluğunun məşhurlara
yönəlmiş narkotiklərlə bağlı istintaqı çərçivəsində daha bir neçə
tanınmış sima saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Saxlanılan 7 şübhəli arasında YouTube platformasında məşhurlaşan
müğənni Bilal Hancı da yer alır.

Digər saxlanılan Atakan Özyurt və Fatih Yasin 26 dekabr 2014-cü
ildə YouTube platformasında “Kafalar” kanalını yaradaraq geniş
izləyici auditoriyası qazanıblar.




Əməliyyat çərçivəsində saxlanılan digər şəxslər arasında
tanınmış jurnalist, şou-biznes sahəsi üzrə müxbir Mehmet Üstündağ
da yer alır.

Saxlanılma qərarı verilmiş digər 3 şübhəlinin isə ölkə xaricində
olduğu müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir