Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar şəhidləri anıldı (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar
faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri
keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna
verilən məlumata görə, saat 12:00-da Azərbaycanın bütün ərazisində
olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.




Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb. Bayraqlar
yarıya qədər endirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir