
Bakı.Trend:
Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik
aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına
20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal
olunur.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika
kafedrasından Trend-ə verilən məlumata görə, baş verən alışmalar
planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi
bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal
olub.
Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18
yanvar tarixində Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına
olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin
azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri
normal səviyyəyə gələcək.
Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə
olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın
22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit
qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı
tarixlərdə 4 və daha aşağı olacaq.

