Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda
ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hidrometeoroloji
Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan
MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi
Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə
yağıntılar intensiv və güclüdür.




O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava
şəraiti yanvarın 21-i gündüzədək davam edəcək:

“Ayın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən
yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi
gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2
dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan
MR-da 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir