
Bakı.Trend:
Zəfər yolu qardan təmizlənir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata
görə, hazırda qurum tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb
olunub. Yolun qardan təmizlənməsi işləri aparılır.
Həmçinin yolda qalan sürücülərə kömək göstərilir.
Qeyd edək ki, Füzulidən Şuşaya iki yol layihələndirilib.
Onlardan biri Prezident İlham Əliyevin qəhrəman hərbçilərimizin
şücaətini nəzərə alaraq qürurla Zəfər yolu adlandırdığı
marşrutdur.

