Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Modern.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlandı.

Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir