
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Planet Labs PBC”
şirkəti arasında qabaqcıl peyk təsvirləri və geospatial
analitikanın ətraf mühitin monitorinqi üzrə müzakirələr
aparılıb.
Trend xəbər
verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə
hesabında paylaşım edib.
“World Economic Forum 2026” çərçivəsində “Planet Labs PBC”
şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Uilyam Marşal
(William Marshall) ilə qabaqcıl peyk təsvirləri və geospatial
analitikanın ətraf mühitin monitorinqi, rəqəmsal həllər və
məlumatlara əsaslanan qərarların qəbulu prosesində istifadəsi
mövzusunda müzakirələr apardım.
Müzakirələr zamanı SOCAR-ın innovasiya, dekarbonizasiya və
qlobal ən yaxşı təcrübələrə uyğun məsuliyyətli enerji inkişafına
sadiqliyinin gücləndirilməsi üçün mövcud imkanlar ön plana
çıxarıldı”, – paylaşımda qeyd edilib.

