Kim Çen Inn baş nazir müavinini vəzifəsindən uzaqlaşdırdı

Baş səhifə

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen Inn “Ryonsonq” Maşınqayırma
Kompleksinə baxış zamanı baş nazirin müavini Yan Son Ho-nu
“yerindəcə” vəzifədən uzaqlaşdırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Kim Çen Inn baş nazir müavini Yanı və digər iqtisadi rəhbər
şəxsləri idarəetmədə yol verilən nöqsanlar və müəssisənin
modernləşdirilməsi layihəsində gecikmələrə görə “xroniki
səriştəsizlikdə” ittiham edib.




O, Yanı “ağır vəzifələrin icrasına yararsız” adlandıraraq, onun
təyinatını “arabanı keçiyə qoşmağa” bənzədib.

KİV yazır ki, analitiklərin fikrincə, bu açıq şəkildə həyata
keçirilən vəzifədən kənarlaşdırma, real sistemli islahatların
göstəricisi olmaqdan daha çox, Şimali Koreyanın çətin iqtisadi
vəziyyəti fonunda partiya rəsmilərinə xəbərdarlıq məqsədi daşıyan
taktika hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir