
Bakı. Trend:
Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan Con
Stounzun klubdakı gələcəyi müəyyənləşib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi yayda Premyer
Liqa nəhənginin sıralarını tərk edəcək.
Klub Stounza yeni sözləşmə təklif etməyi planlaşdırmır.
31 yaşlı mərkəz müdafiəçisi iyulda azad agent statusunda
olacaq.
Qeyd edək ki, “Mançester Siti” Con Stounzu 2016-cı ilin yayında
“Everton”dan 55 milyon avroya transfer edib. İngiltərə millisinin
üzvü bu mövsüm “şəhərlilər”in heyətində 13 rəsmi matçda meydana
çıxıb.

