SOCAR ADNOC ilə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb
Əmirliklərinin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) “Abşeron”
qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə
hesabında paylaşım edib.

“ADNOC Group” şirkətinin “Upstream” üzrə Baş İcraçı direktoru
Musabbeh Al Kaabi ilə görüşümüz zamanı enerji sektorunda strateji
əməkdaşlığın inkişafına, “Abşeron” qaz və kondensat yatağının tam
sahə üzrə işlənməsinə dair cari əməliyyatların nəzərdən
keçirilməsinə və Strateji Əməkdaşlıq Müqaviləsi çərçivəsində əldə
olunan irəliləyişi qiymətləndirməyə fokuslandıq”, – paylaşımda qeyd
edilib.




Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan
100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr
şimal-şərqdə yerləşir.

“Abşeron”da qaz və kondensat hasilatına 2023-cü ilin iyul ayında
başlanılıb. 2024-cü ilin iyununda Bakıda keçirilən neft-qaz
konfransı çərçivəsində layihə iştirakçıları – “TotalEnergies”
(35%), SOCAR (35%) və ADNOC (30%) – bildiriblər ki, “Abşeron”un
ikinci mərhələsi maksimum hasilat dövründə üç və ya daha çox əlavə
dərin dəniz quyusu hesabına gündə 110 min barrelə qədər neft
ekvivalentində hasilat verə bilər, bunun 35 min barreli kondensat
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir