SOCAR ilə “Naftogaz Group” əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın “Naftogaz
Group” əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə
hesabında paylaşım edib.




“World Economic Forum 2026” çərçivəsində “Naftogaz Group”un
İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Sergii Koretskyi ilə
görüşdüm. Görüş zamanı əməkdaşlığı gücləndirmək və yeni əməkdaşlıq
imkanlarını araşdırmaq öhdəliyimizi bir daha təsdiqlədik”, –
paylaşımda qeyd edilib.

Qeyd edək ki, 2025-ci ilin iyulunda Ukraynanın “Naftogaz”
Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna
daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii
qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Bununla da ilk
dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi
üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir