Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir

Baş səhifə

Davos. Trend:

Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və
əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha
çox nümayiş etdirməlidir ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı
olaraq bu prosesə tam bir töhfəsini görək.

Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında
çıxışı zamanı söyləyib.

Bununla bağlı çox nikbin olduğunu vurğulayan dövlətimizin
başçısı deyib ki, əldə edilən nailiyyət, sözün əsl mənasında, həm
Azərbaycan, həm Ermənistan, həm də Cənubi Qafqaz üçün böyük bir
töhfədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir