
Davos. Trend:
Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla
(Vuçiç – red.) razıyam ki, bu gün vəziyyətimiz ola bilsin əvvəlki
illərlə müqayisədə daha kəskindir.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında
çıxışı zamanı bildirib.
“Amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm.
Çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı
öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur
qazanması mümkündür”, – deyə dövlətimizin başçısı əlavə edib.

