
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 705,7 milyon ABŞ
dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,505 milyon ton
həcmində xam neft və neft məhsulları idxal edib.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 243,2 milyon ABŞ dolları və ya 25,6 faiz, həcm
baxımından isə 219 min ton və ya 12,7 faiz azdır.
Həmin müddət ərzində Azərbaycan Rusiya, Qazaxıstan, İraq və
Böyük Britaniyadan neft alıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına
əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın
21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft
məhsulları üzrə 22,1 milyon ton həcmində ixrac həyata keçirilib və
bu ixracın dəyəri 11,5 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 1,8 milyard ABŞ dolları və ya 13,5% azalıb, həcm
ifadəsində isə 576 min ton və ya 2,7% artıb. Qeyd olunan
məhsulların ixracı 2025-ci ilin ilk 11 ayında ümumi ixracın
49,21%-ni təşkil edib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycandan 390,3 milyon ABŞ
dolları dəyərində 671,1 min ton xam neftlə yanaşı, bitumlu
süxurlardan əldə edilmiş neft və neft məhsulları, eləcə də
tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları
olan məhsullar da ixrac edilib.

