TRIPP üzrə saziş iri investisiyalar üçün imkanlar aça bilər – “Limak Holding”in sədri

Baş səhifə

Davos. Trend:

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üzrə
saziş iri investisiyalar üçün imkanlar aça bilər.

Trend xəbər verir ki, bunu
Türkiyənin “Limak Holding” şirkətinin İdarə Heyətinin sədri Ebru
Özdemir Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun
müəyyənləşdirilməsi” mövzusunda panel iclası zamanı deyib.

“İnvestisiyalar yalnız sülh və uzunmüddətli sabitlik olduqda
başlaya bilər. Sabitlik yoxdursa, heç kim investisiya qoymaq
istəməz. Mən TRIPP üzrə sazişlə tanış olmuşam – o, çox aydın
şəkildə tərtib edilib. Hesab edirəm ki, iri investisiyalar məhz bu
sazişdən başlaya bilər. Hazırda Bakı–Tbilisi–Qars xətti fəaliyyət
göstərir və Orta Dəhlizin inkişafı ilə imkanlar daha da
genişlənəcək. Vurğulamaq istəyirəm ki, infrastruktur təkcə yollar
demək deyil. Buraya həmçinin rəqəmsal infrastruktur, enerji
infrastrukturu, eləcə də müşayiətedici infrastruktur – quru
limanlar, logistika habları və onların ətrafında formalaşan yaşayış
məntəqələri daxildir”, – deyə o bildirib.




Özdemir qeyd edib ki, bütün liderlərin müsbət yanaşmasını nəzərə
alsaq, ilk investisiyalar böyük ehtimalla dövlət-özəl tərəfdaşlığı
formatında olan layihələr olacaq: “Hazırda dünyanın bir çox
ölkəsində iri layihələr məhz bu cür tərəfdaşlıqlar vasitəsilə
həyata keçirilir. Bu prosesdə aparıcı rolu, şübhəsiz ki, beynəlxalq
maliyyə institutları oynayacaq”.

Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp
ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə
birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” adını alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir