Mark Karni: Kanada Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu müdafiə edir

Baş səhifə

Kanada Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu qətiyyətlə müdafiə edir.

APA xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Kanada Arktika suverenliyi məsələsində Qrenlandiya və Danimarkanın yanındadır və adanın gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu tam dəstəkləyir.

Bundan əlavə, Karni Ottavanın NATO çərçivəsində kollektiv müdafiə prinsipinə sadiq qalacağını vurğulayıb.

O qeyd edib ki, Alyansın 5-ci maddəsinə sadiqlik dəyişməzdir.

Qeyd edək ki, 1949-cu ildə Vaşinqtonda imzalanmış NATO-nun Şimali Atlantika Müqaviləsinin Beşinci maddəsi blokun kollektiv müdafiə prinsipini təsbit edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir