Prezident İlham Əliyev: Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırırıq ki, ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik

Baş səhifə

Davos. Trend:

Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki,
enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki,
məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış
üçün daha uyğun bir yerə çevirmək istəyirik.

Trend xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi
Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə
səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarının cavabında deyib.

“Çirklənmə, karbon emissiyaları – bütün bunları biz gözlərimizlə
görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu
hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr
bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə
yanaşılmalıdır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir