Prezident İlham Əliyev: Nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük

Baş səhifə

Davos. Trend:

Təəssüflər olsun ki, nə faydalı qazıntı enerji növlərinə, nə də
bərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu
görmürük.

Trend xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi
Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə
səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarının cavabında deyib.

Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarının
BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandan
olan şirkətlər olduğunu qeyd edən dövlətimizin başçısı deyib:
“Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ və
Britaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və AMOCO
şirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkəti
hesab olunur. Yəni çox az Avropa şirkəti var – biri Fransa
şirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropa
şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq
görmürük”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir