“Ayaks” “Arsenal”ın müdafiəçisini transfer edəcək

Baş səhifə

Bakı. Trend:

“Ayaks” “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenkonu icarəyə
götürməyəcək, onu birdəfəlik transfer edəcək. Daha əvvəl
Erediviziya klubunun hazırda “Nottingem Forest”də çıxış edən
ukraynalı futbolçunu icarəyə götürəcəyi bildirilirdi.

Trend “Voetbal
International” nəşrinə istinadən xəbər verir ki, bütün tərəflər
daimi transfer barədə razılığa gəlib. “Ayaks”ın icarə üçün ödəməli
olduğu məbləğ indi 29 yaşlı oyunçunun transferi üçün istifadə
olunacaq.




Zinçenko tibbi müayinədən keçəcəyi təqdirdə “Ayaks”la mövsümün
sonuna qədər müqavilə imzalayacaq. Əməkdaşlıq uğurlu alınarsa, klub
və futbolçu müqavilənin uzadılmasını müzakirə edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir