Xankəndi şəhərinə qayıdış başlayır

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in
məlumatına görə, bu gün Xankəndi şəhərinə ilk köç
baş tutacaq.

Xatırladaq ki, 2025-ci il noyabrın 19 və 26-da
Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında
ilk köçlə bağlı püşkatma olub. Bunun nəticəsində ailələrin hansı
bina və mənzillərdə yaşayacağı müəyyənləşib.




Daha sonra 2025-ci il noyabrın 27-də Xankəndi
şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən
ailələr arasında işğaldan azad edilmiş ərazilərdə mina və
partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması
üçün maarifləndirmə tədbiri keçirilib.

Nəhayət, 2025-ci il dekabrın 20-də Xankəndi
şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb. Bu
mərhələdə qəsəbəyə 115 nəfərdən ibarət 30
ailə
köçürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir