“Bitcoin”in qiyməti 90 min dollardan aşağı enib

Baş səhifə

Son sutkada kriptovalyuta bazarında mənfi dinamika davam edib.

APA-Economics” “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, “Bitcoin”in qiyməti son 24 saatda 2,99% azalaraq 89 391 dollar səviyyəsində ticarət olunub. Ethereum üzrə qiymət 6,31% azalaraq 2 978 dollar olub.

Eyni dövrdə BNB-nin qiyməti 5,06%, XRP-nin qiyməti 3,35%, “Solana”nın qiyməti 4,33%, TRON-un qiyməti isə 4,28% azalıb.
Bazarda ən kəskin geriləmə Dogecoin və Cardano üzrə qeydə alınıb. Belə ki, Dogecoin 1,92%, Cardano isə 2,17% ucuzlaşıb.
Stabilkoinlərdə isə nisbi sabitlik qorunub. Tether (USDT) və USDC üzrə sutkalıq qiymət dəyişiklikləri 0,1%-dən aşağı səviyyədə qalıb.

Analitiklər bazarda müşahidə olunan enişləri əsasən qısamüddətli mənfəət realizasiyası, riskli aktivlərə marağın azalması və qlobal maliyyə bazarlarında ehtiyatlı gözləntilərin güclənməsi ilə əlaqələndirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir