Yaponiyada keçmiş baş naziri qətlə yetirən dənizçiyə hökm oxundu

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Nara prefekturasının dairə məhkəməsi 2022-ci ilin
iyulunda keçmiş Baş nazir Sindzo Abeni güllələyərək öldürmüş keçmiş
hərbi dənizçi Tetsuya Yamaqamini təqsirli bilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məhkəmə prokurorluğun tələbini təmin edib və Yamaqamini ömürlük
azadlıqdan məhrumetmə cəzasına məhkum edib.




Keçmiş hərbi dənizçi Tetsuya Yamaqami 8 iyul 2022-ci ildə kustar
üsulla hazırlanmış çoxlüləli qurğudan atəş açaraq Nara şəhərində
seçkiöncəsi mitinqdə çıxış edən keçmiş baş nazir Abeni öldürüb.
Atəş açan şəxs hadisə yerində siyasətçinin mühafizəçiləri
tərəfindən saxlanılıb. Dindirilmə zamanı o bildirib ki, Abeni
“Vəhdət Kilsəsi” ilə əlaqələri olduğuna inandığı üçün öldürüb.

Yamaqaminin anası bu təşkilatın fanatik tərəfdarı olub, demək
olar ki, bütün var-dövlətini ona ianə edib və nəticədə ailəni
müflis vəziyyətə salıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir