
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalına verdiyi
müsahibədə ABŞ-nin heç kimə məlum olmayan silah növlərinə sahib
olduğunu bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ağ Ev rəhbəri bunu Venesuelada keçirilən əməliyyat zamanı səs
silahından istifadə olunub-olunmadığı ilə bağlı jurnalistin sualını
cavablandıran zaman deyib. Trampın sözlərinə görə, ABŞ hərbi
arsenalında çox məxfi və adamı heyrətə salan silahlar
mövcuddur.
“Bizim heç kimə məlum olmayan silahlarımız var. Yəqin ki, bu
haqda ümumiyyətlə danışmasaq yaxşı olar, amma bizim həqiqətən adamı
heyrətə gətirən silahlarımız var”, – deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbəri təfərrüatlara varmayıb.

