“Range Rover” ilə təhlükəli manevr edən sürücü həbs olundu (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları
tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində
hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı,
90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi
saxlanılıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat
verilib.

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli
manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq
qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini
narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi
müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün
aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə
Ə.Rəsulov inzibati qaydada həbs edilib.




Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirib ki, yol hərəkəti
qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının
həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı
qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və
bu istiqamətdə nəzarət davam etdirilir:

“Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis
xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və
sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək
və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir