Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi

Baş səhifə

Bakı. Trend:

Mən Ramil Əsədov, tikinti mühəndisiyəm. Sahədə hamı bilir:
Təhlükəsizlik qaydalarında çox sərtəm. Kaskasız, kəmərsiz adamı
obyektə buraxmaram. Elə bilirdim qaydaya əməl etsəm, başıma iş
gəlməz. Amma bəla gözləmədiyim yerdən gəldi.

Belim ağrıdı. Dedim yəqin ağır qaldırmışam, ya da bel
yırtığıdır. Ağrıkəsici atıb işə qaçırdım. Amma yayda ağrı dözülməz
oldu, ayağım tutuldu. Həkimə getdik və xərçəng diaqnozu
qoyuldu.

O an özümü düşünmürdüm. Müalicələrdən imtina etmək istəyirdim.
Bu xərcləri kim qarşılayacaq? Övladlarım hələ balacadır. Əlimdə
olan pulu müalicəyə xərcləsəm vəziyyətim yaxşı olmayacaq.




Bu xəbəri komanda üzvümlə bölüşdüm. Dediyinə görə, şirkətimiz
bizi kritik xəstəliklərdən də sığortalayıb. İnanmadım, getdim
rəhbərimin otağına. Vəziyyətimi izah etdim. Belə bir sığorta
növünün olması həqiqət imiş.

İndi yenə işimin başındayam. Şirkətim mənim müalicə xərclərimi
qarşıladı. İlk öncə, şirkət rəhbərliyimə mənə ikinci həyat
verdiyini üçün təşəkkür edirəm. Bütün işçiləri üçün belə bir
sığorta aldığı üçün isə xüsusi təşəkkür edirəm.

Bu Korporativ Həyat Sığortası-dır. Ən önəmlisi isə odur ki,
artıq nə qədər şirkət bu məhsulu öz işçiləri üçün alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir