Mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilir

Baş səhifə

Bakı. Trend:

Parlament rəhbərliyi ilə müzakirələrdən sonra mina
təhlükəsizliyi ilə bağlı ayrıca ictimai dinləmənin keçirilməsi
məqsədəuyğun olardı.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünkü
iclasında deyib.




Millət vəkili xatırladıb ki, illər əvvəl bu mövzuda dinləmə
keçirilib:

“Bu məsələni bir neçə komitənin birgə əməkdaşlığı şəraitində
yenidən gündəmə gətirmək olar. Çünki mina təhlükəsi təkcə
təhlükəsizlik məsələsi deyil, eyni zamanda ekoloji resurslara,
maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradan
bir problemdir. Bu məsələnin konsepsiyasını hazırlamaq və il
ərzində dinləmə formatında müzakirəyə çıxarmaq mümkündür”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir