ABŞ Konqresi Venesuela üçün lider seçdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresində Venesuela müxalifətinin lideri Mariya Korina
Maçado Venesuelanın yeni lideri kimi seçilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri
Kapitolidə Maçado ilə keçirilən qapalı görüşdən sonra onun
namizədliyini tam şəkildə dəstəklədiklərini bildiriblər. ABŞ
Konqresinin Nümayəndələr Palatasının üzvü Maykl Makkol qeyd edib
ki, Maçado ölkəyə rəhbərlik etmək üçün “lazım olan hər şeyə”
malikdir.

“Venesuelanı yeni mərhələyə çıxarmalı olan məhz belə lider
olmalıdır. Demokratiyaya və seçkilərə keçid zəruridir və düşünürəm
ki, bu, mümkün qədər qısa müddətdə baş verməlidir”,- deyə Texas
ştatından Nümayəndələr Palatasının üzvü Mayk Louler bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir