
Bakı.Trend:
Bu gün informasiya məkanında yaranan bir problemi deyil, ictimai
sabitliyə ciddi təhlükə yaradan mövzunu müzakirə edəcəyik.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Qeyri-Hökumət
Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi
təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O deyib ki, Dünya İqtisadi forumunun 2026-cı il üzrə risklər
hesabatında vurğulanır ki, süni intellektlə yaradılan videolar,
səslər cəmiyyətlərin parçalanmasına, dövlət institutlarına etimadın
azaldılmasına xidmət edir.
“Bu mənada Azərbaycan üçün də risklər aktualdır. Ölkəmizin
geosiyasi mövqeyi, post münaqişə dövründə formalaşdırdığı yeni
reallıqlar ətrafında sistemli dezinformasiya kampaniyaları
aparılır”.

