Səhiyyə Nazirliyində beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 21 yanvar
2026-cı il tarixində beynəlxalq əczaçılıq şirkəti olan “Pfizer”in
Qafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regional
nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri
Teymur Musayev, eləcə də Səhiyyə Nazirliyinin aidiyyəti struktur
bölmələrinin mütəxəssisləri iştirak ediblər.




Görüş zamanı səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri,
o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhali
qruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsinin
genişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlik
yükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin
müalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr
aparılıb.

Teymur Musayev infeksion xəstəliklərin profilaktikasının və
sosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin milli
səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunu
vurğulayıb. Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlı
əhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasında
mühüm yer tutur, onkoloji xəstəliklər isə regionda ölüm hallarının
əsas səbəblərindən biri olaraq qalır. Bu kontekstdə tərəflər
pasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxış
imkanlarının genişləndirilməsi onların həyat keyfiyyətinin
yaxşılaşdırılması baxımından əhəmiyyətliolduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr
aparılıb və gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir